21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi “Antalya Cup” turnirində bu gün üçüncü oyununu keçirəcək.
Sportarena.az xəbər verir ki, komandamız Albaniyanın müvafiq yaş qrupuna aid yığması ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.
Qeyd edək ki, yığmamız ilk turda Ukraynanın U-21 komandasını 2:1, Səudiyyə Ərəbistanının U-20 yığmasını 3:0 hesabı ilə məğlub edib.
26 yanvar
“Antalya cup”, 3-cü tur
13:00. Azərbaycan U-21 – Albaniya U-21 4:0
Qollar: Vüqar Mustafayev, 63, Azər Salahlı, 74, Kamal Mirzəyev, 80, Kamran Abdullazadə, 90