Türkiyənin “Beşiktaş” klubu heyətinə daha bir futbolçu cəlb edib.
Sportarena.az xəbər verir ki, İstanbul klubu “Xetafe”nin müdafiəçisi Aleksis Delqadonu transfer edib.
Artıq ispaniyalı futbolçu tibbi baxışdan keçib. Bu gün onunla müqavilə imzalanacağı gözlənilir.
Qeyd edək ki, 30 yaşlı müdafiəçi “Valensiya”, “Sevilya” və “Malaqa”nın da şərəfini qoruyub.