Bu gün “Boulevard Hotel Baku” otelində Klublar Komitəsinin növbəti iclası keçirilib.
Sportarena.az xəbər verir ki, iclasda Topaz Premyer Liqasında mübarizə aparan bütün klubların nümayəndələri, AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Yusif Vəliyev, Peşəkar Futbol Liqasının baş direktoru Məlik Həsənov və Texniki-İdman Şöbəsinin rəisi Zamiq Hüseynov, CBC Sport televiziya kanalının baş direktoru Volkan Üst iştirak ediblər.