Azərbaycan Premyer Liqasında mübarizə aparan 10 klubdan 5-i PFL-ə borclarını ödəyib.
Sportarena.az "sportnet.az"a istinadən xəbər verir ki, bu barədə AFFA Klublar Komitəsinin sədri Fikrət Hüseynov açıqlama verib.
Onun sözlərinə görə, həmin klublar "Qəbələ", "Qarabağ", İnter, AZAL və "Rəvan"dır. "Xəzər Lənkəran", "Sumqayıt", "Zirə", "Kəpəz" və "Neftçi"nin isə borcları Premyer Liqanın yayımçısı CBC Sportdan gələn 70 min manat vəsait hesabına qarşılanacaq. Hüseynov bu məsələnin PFL rəhbərliyi ilə danışıldıqdan sonra həllini tapacağını söyləyib.