Premyer Liqasının II hissəsnin hazırlıqlarını davam etdirən "Qəbələ” daha bir futbolçunu baxışdan keçirir.
Sportarena.az xəbər verir ki, söhbət braziliyalı futbolçu Emerson Brito dos Santosdan gedir. 25 yaşlı hücumçu karyerası ərzində yalnız vətənində oynayıb.
Ampulaca hücumçu olan Emerson Braziliyada "Bahia”, "Vitoria”, "Palmeyras” və "Amerika RN” kimi klubların formasını geyinib. Forvard ilə bağlı yekun qərarı "Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk verəcək.