Yığmamızdan uğurlu çıxış

18:10 26 Yanvar 2016

Qazaxıstanında Olimpiya çempionu Olqa Ripakova mükafatı uğrunda keçirilən atletika üzrə beynəlxalq turnir başa çatıb. Sportarena.az xəbər verir ki, yarış yığmamız üçün uğurlu alınıb.
 
Həmyerlimiz Hakim İbrahimov 800 m məsafəyə qaçışda bütün rəqiblərini qabaqlayıb. O, 1:54.89 nəticə ilə finiş xəttinə birinci çatıb. Turnirdə ölkəmizi təmsil edən digər atlet - Arif Abbasov isə 400 m məsafəni 49.19 saniyəyə qaçaraq, 5-ci yer ilə kifayətlənib.
 
Qeyd edək ki, hər iki idmançı beynəlxalq yarışda şəxsi nəticələrini də yeniləyiblər. 


Digər xəbərlər

Xəbər xətti