"Bu, bizim üçün problem olmayacaq" - Şahin Diniyev

18:45 26 Yanvar 2016

Mövsümün ikinci hissəsi üçün Bakıda hazırlıq keçən “Kəpəz” bu gün yoxlama oyunu ilə toplanışa yekun vurmalı idi. Sportarena.az xəbər verir ki, əlverişsiz hava şəraiti səbəbindən “Ağsu” ilə matç keçirilməyib.

Klub saytına açıqlama verən “sarı-göylər”in baş məşqçisi Şahin Diniyev görüşün keçirilməməsinin komandanın hazırlıq prosesinə təsir etməyəcəyini bildirib: “Təlim-məşq toplanışı dövründə bir neçə yoxlama oyunu keçirməyi planlaşdırmışdıq ki, rəqiblərimizdən də biri “Ağsu” komandası idi. Amma qarlı havaya görə oynaya bilmədik. Oyun olsaydı, daha yaxşı olardı. Bu, son olaraq əsas heyəti müəyyənləşdirməyə və futbolçulara yenidən baxmağa kömək edəcəkdi. Mənə elə gəlir ki, yoxlama matçının baş tutmaması bizim hazırlıq planı üçün problem olmayacaq. Hər halda ikitərəfli oyun keçirib, uşaqlara baxdıq. Çempionatın ikinci hissəsinin startına az vaxt qalıb. Sabahdan “Qəbələ” ilə görüşə hazırlığımızı davam etdirəcəyik”.


Digər xəbərlər

Xəbər xətti