Klubumuz CEV kuboku yarışlarının “çellenc-raund” mərhələsinə vəsiqə qazanıb

21:28 26 Yanvar 2016

Yanvarın 26-da Bakının qadınlardan ibarət “Azəryol” klubu Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarının dörddəbir final mərhələsində cavab oyununu keçirib.

Bakı təmsilçisi Azərbaycan Voleybol Mərkəzində Polşanın "Muşina" komandasını qəbul edib. Litvalı baş hakimi Audrius Qarqasasın idarə etdiyi görüş Bakı təmsilçisinin üstünlüyü ilə keçib və “Azəryol” rəqibini 3:0 hesabı ilə məğlub edib.

Komandalar arasında Polşada keçirilən ilk oyunda “Azəryol” 2:3 hesabı ilə məğlub olmuşdu. Bakıdakı 3:0 hesablı qələbə “Azəryol” komandasının CEV kuboku yarışlarının “çellenc-raund”una vəsiqə qazanmağa imkan yaradıb.

Turnirdə mübarizəyə onaltıdabir final mərhələsindən qoşulan "Azəryol" Rumıniyanın "Tarqoviste" və Finlandiyanın “Salo” klublarını yarışdan kənarlaşdırıb. 


Digər xəbərlər

Xəbər xətti