Sabiq "Xəzər Lənkəran"lı rəsmən "Sumqayıt"da

23:03 26 Yanvar 2016

“Sumqayıt” növbəti transferini həyata keçirib.

Sportarena.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Premyer Liqa klubu millimizin üzvü Rasim Ramaldanovu heyətinə cəlb edib. 30 yaşlı futbolçu mövsümün sonuna qədər “Sumqayıt"ın şərəfini qoruyacaq. O, yeni komandasında 99 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Rasim Ramaldanov "Simurq" (87 oyun, 2 qol) və "Xəzər Lənkəran"da (51 oyun, 1 qol) oynayıb. O, 17 dəfə Azərbaycan millisində çıxış edib.


Digər xəbərlər

Xəbər xətti