"Rəvan"ın sabiq qapıçısı Artur Kotenko FİFA tərəfindən paytaxt klubunun cəzalanmasına nail olmasına münasibət bildirib.
Sportarena.az xəbər verir ki, Kotenko açıqlamasında bunları söyləyib:
"Keçmiş klubumun mənimlə razılaşmaq imkanı var idi. Amma klub mənə verdiyi vədləri yerinə yetirmədi. FİFA da kluba vaxt vermişdi. Təəssüf ki, həmin müddət ərzində də bu problem yoluna qoyulmadı. "Rəvan"ın cəzalanmasından, hesabından 6 xilin silinməsindən xəbərim var. Bu klubun mənə olan borcunun məbləğinə gəlincə, bunu açıqlaya bilmərəm".(azerisport.az)