"İnter"in müdafiəçisi İlkin Qırtımov Topaz Premyer Liqasının 19-cu turu çərçivəsində keçiriləcək "Zirə" ilə oyunu buraxa bilər. Sportarena.az xəbər verir ki, buna səbəb onun hələ də zədədən əziyyət çəkməsidir.
Qeyd edək ki, Qırtımov Türkiyə toplanışı zamanı Qazaxıstan "Atırau"su ilə yoxlama oyununda sıradan çıxmışdı.