“Gənc istedadlar” rubrikasının növbəti qonağı Boulevard Hotel U-15 Liqasında 1-ci dövrənin ən sərrast futbolçusu Tural Bayramovdur. Sportarena.az xəbər verir ki, “Xəzər Lənkəran”ın oyunçusu hisslərini AFFA ilə bölüşüb:
"Artıq birinci dəfə deyil ki, bombardir oluram, bu uğuru təkrarlamağıma çox sevinirəm. Ən böyük arzum millinin əsas heyətinə düşməkdir və buna görə məşqlərdə əlimdən gələni edirəm"..