Yığmalarımızın rəqibləri bilindi

19:03 27 Yanvar 2016

Basketbol üzrə 16 və 18 yaşadək oğlanlardan arasında keçiriləcək Avropa birinciliyinin püşkü atılıb. Sportarena.az xəbər verir ki, C divizionunda mübarizə aparacaq Azərbaycan millisi də rəqiblərini tanıyıb.
 
Püşkə əsasən Samit Nuruzadənin başçılıq etdiyi yığmamız (U-16) Malta, Kipr, Uels və San-Marino ilə birgə A qrupunda yer alıblar. Digər qrupda Moldova, Cəbəllütariq, Ermənistan, Andorra və Albaniya basketbolçuları münasibətlərinə aydınlıq gətirəcəklər. Qarşılaşmalar iyulun 17-dən 24-dək Nikosiyada olacaq.
 
Tahir Baxşiyevin baş məşqçisi olduğu U-18 yığmamız da A qrupuna düşüb. Onlar Andorra, Cəbəllütariq və Monako ilə güclərini sınayacaqlar. B qrupunda isə Uels, Malta, San-Marino, Kosova və Moldova yığmaları mübarizə aparacaqlar. Görüşlər iyulun 8-15-də San-Marinoda olacaq.
 
Bu arada kiçik ölkələr arasında Avropa çempionatının da püşkü atılıb. Kişi basketbolçuların yarışına ev sahibliyi edəcək Moldova ilkin siyahıda Azərbaycanın olacağını açıqlasa da, komandamız püşkatmaya qatılmayıb. Yerli federasiyanın icraçı-direktoru Rüstəm Rüstəmov bunu izah edərək bildirib ki, Azərbaycan nə kişilərin, nə də qadınların yarışı üçün sifariş ərizəsi verib: “Məqsədimiz gənc nəslin yetişməsidi. Bunun üçün də böyük perspektiv vəd edən U-16 və U-18 yığmalarımızın kiçik ölkələrin yarışında mübarizə aparmasını məqsədəuyğun saymışıq”.


Digər xəbərlər

Xəbər xətti