Cüdoçularımız beynəlxalq turnirə qatılacaq

12:33 28 Yanvar 2016

Yanvarın 30-31-də Bolqarıstanın paytaxtı Sofiyada cüdo üzrə beynəlxalq turnir keçiriləcək. Sportarena.az xəbər verir ki, yarışda 58 ölkədən 435 idmançı (268 kişi, 167 qadın) qalib adı uğrunda mübarizə aparacaq.

 

Cüdo üzrə Azərbaycan milli komandası “European Open Sofia 2016” turnirində 23 idmançı (19 kişi, 4 qadın) ilə təmsil olunacaq. Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən yarışda ölkəmizin idman şərəfini Davud Məmmədsoy, Vüqar Şirinli, Oruc Vəlizadə, Elbrus Zamanov (hamısı 60 kq), İlkin Babazadə, Telman Vəliyev, Rəşad Rufullayev (hər üçü 66 kq), Fəqan Quluzadə, Vüqar Bayramov, İsmayıl Piriyev (hər üçü 73 kq), Ziya Namazov, Rüstəm Alimli, Elvin Əhmədli (hər üçü 81 kq), Məmmədəli Mehdiyev, Tural Səfquliyev, Vasif Şərbətli (hər üçü 90 kq), Cəlil Şükürov, Musa Şəkərəliyev, Firudin Dadaşov (hər üçü 100 kq), Aişə Qurbanlı (48 kq), Şəhanə Alməmmədova (57 kq), Xanım Hüseynova və Validə Mirzəzadə (hər ikisi 63 kq) qoruyacaq.


Digər xəbərlər

Xəbər xətti