Bu gün Türkiyədə keçirilən “Antalya Cup” turnirində IV turun oyunları keçiriləcək.
Sportarena.az xəbər verir ki, Antalyada təşkil olunan yarışda mübarizə aparan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi son oyununa çıxacaq.
Turnirin V turunda oynamadan vətənə dönəcək komandamız Bəhreynin U-20 millisi ilə görüşəcək. İlk 3 oyunda qələbə qazanan Yaşar Vahabzadənin yetirmələri Asiya təmsilçisini məğlub etsə, son turun nəticələrindən asılı olmayaraq, yarışın qalibi olacaq.
28 yanvar
13:00. Azərbaycan U-21 – Bəhreyn U-20 4:0
Qollar: Taşkın İlter, 5, Elnur Cəfərov, 24
“Su Səsi” otelinin “A” meydançası