"Beşiktaş" daha iki transferini rəsmiləşdirib.
Sportarena.az xəbər verir ki, İstanbul təmsilçisi "Hetafe"nin ispan müdafiəçisi Aleksis Ruano Delgedo ilə 2.5 illik, "Spartak"ın (Moskva) erməni hücumçusu Aras Özbilizlə 4.5 illik müqavilə imzalayıb.
Qeyd edək ki, "Beşiktaş" bundan əvvəl "Dnepr"in qapıçısı Denis Boykonu transfer etmişdi.