İngiltərə Liqa kubokunun yarımfinal matçında "Everton"la qarşılaşan "Mançester Siti"nin heyətində ciddi itki baş verib.
Sportarena.az xəbər verir ki, "şəhərlilər"in futbolçusu Kevin De Bruyne zədələnib. Belçikalını yarımmüdafiəçinin zədəsinin ciddi olduğu bildirilir. Onun mövsümü erkən bitirəcəyi ehtimal olunur.
Qeyd edək ki, "Mançester Siti" bu matçda 3 - 1 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb.