Lui Van Qal, haqqında gəzən şaiyələrə damğasını vurdu.
Sportarena.az xəbər verir ki, Van Qal "Mançester Yunayted"ən ayrılacağı ilə bağlı çıxan xəbərləri "çirkin" və "qorxunc" bir hərəkət adlandırıb.
Belə ki, bu barədə açıqlama verən hollandiyalı mütəxəssis:
"Belə bir hadisə heç vaxt başıma gəlməyib. Siz özünüzdən xəbərlər uydurursunuz və sonra gəlib uydurduğlarınızı mənə sual verirsiz. Bu çirkin və qorxunc bir haldır. Məni üçüncü dəfə bu klubdan qovdunuz. Amma gördüyünüz kimi hələ də heç bir yerə getməmişəm." - deyə fikir bildirib.
Qeyd edək ki, "qırmızı şeytanlar" 23 turdan sonra 37 xal toplayaraq Premyer Liqanın 5-ci pilləsində qərarlaşıb.