21 yaşadək futbolçulardan ibarət Rusiya millisinin yeni baş məşqçisi müəyyənləşib.
Sportarena.az xəbər verir ki, Nikolay Pisarevlə "Avro-2017"nin seçmə mərhələsinin sonuna kimi müqavilə imzalanıb. O, bu müddətdə baş məşqçi olmaqla yanaşı, əvvəlki işində - millinin idman direktoru vəzifəsində də çalışacaq.
Qeyd edək ki, N.Pisarev dekabr ayında istefaya göndərilən Dmitri Xomuxanı əvəzləyib.
Əlavə edək ki, millimizin "Avro-2017"dəki rəqiblərindən biri də Rusiya millisidir. Bu komandalar arasında oyun martın 24-ü keçiriləcək.