Fransa millisinin və "Marsel"in qolkiperi Stiv Mandanda UEFA-nın rəsmi saytına açıqlamalar verib.
Sportarena.az xəbər verir ki, "Marsel"in kapitanı futbola başlamamışdan əvvəl boksçu olmaq istədiyini bildirib:
"Boksu çox sevirdim. Bu idman növü ilə məşğul olmaq istəyirdim. Daha sonra isə Mayk Taysonun hər kəsi nokaut etdiyini gördüm. Taysondan qorxduğum üçün fikrimi dəyişdim və futbolçu olmağa qərar verdim".