"İnter"in yeni transferi olan Kamran Ağayev Azərbaycan Premyer Liqasının 3 turunda komandasına kömək edə bilməyəcək.
Sportarena.az xəbər verir ki, ötən mövsümün ilk yarısının son turunda "Qəbələ"də çıxış etdiyi zaman qırmızı vərəqə alaraq 3 oyunluq cəza alan Ağayev həmin cəzanı "İnter"in "Zirə", "Qəbələ" və AZAL-la matçlarında çəkəcək.