Məşhur klub satışa çıxarıldı

16:37 29 Yanvar 2016

Fransanın 1899-cu ildə yaradılmış "Marsel" klubu satışa çıxarılıb.

Sportarena.az xəbər verir ki, klubun sahibəsi Marqarita Lui-Dreyfus alıcı tapmağı Rotşildlərin maliyyə qrupuna həvalə edib.

Başlanğıc satış qiyməti 100 milyon avrodur. "Marsel"in Fransa hökuməti tərəfindən həyata keçirilən maliyyə siyasəti səbəbindən maddi problemlərlə üzləşdiyi bildirilir.

Qeyd edək ki, "Marsel" hazırda ölkə çempionatında 22 turdan sonra 30 xalla 8-ci pillədə qərarlaşıb. Klub əvvəllər 10 dəfə Fransa çempionu və kubokunun sahibi, eyni zamanda 1993-cü il Çempionlar Kubokunun qalibi olub. 


Digər xəbərlər

Xəbər xətti