"Kəpəz" "Qəbələ" ilə oyuna hazırdı

18:57 29 Yanvar 2016

Premyer Liqanın 19-cu turunda Gəncə şəhər stadionunda “Qəbələ”ni qəbul edəcək “Kəpəz” bu gün oyun öncəsi son məşqini keçirib.
 
Sportarena.az xəbər verir ki, komandanın sonuncu hazırlıq prosesi matçın keçiriləcəyi arenada olub.
 
İsinmə hərəkətləri ilə başlayan məşq toplu çalışmalarla davam edib. Təxminən 50 dəqiqə sürən hazırlıq qapıya doğru hücumlar və zərbələrlə yekunlaşıb.


Digər xəbərlər

Xəbər xətti