İtaliya millisinin baş məşqçisi Antonio Konte Avropa çempionatından sonra "Çelsi"ni çalışdıra bilər.
Sportarena.az xəbər verir ki, 46 yaşlı mütəxəssis London komandasında baş məşqçi postuna əsas namizəddir.
"Çelsi" rəhbərliyi ilə Konte arasında ilkin danışıqlar baş tutub. Bu danışıqlar may ayında davam etdiriləcək.
Başqa bir məlumata görə digər 2 namizəd Maurisio Poçettino və Massimiliano Alleqridir.