"Mançester Yunayted"in baş məşqçisi Lui van Qal mövsümün sonunda komandadan gedəcəyi haqda yayılan xəbərlərə münasibət bildirib.
Sportarena.az xəbər verir ki, hollandiyalı mütəxəssis komandadan getməyəcəyini açıqlayıb:
"Heç vaxt "Mançester Yunayted"dən gedəcəyimi deməmişəm. Hər zaman sona qədər mübarizə aparmışam. Hələ klubla 3 illik müqaviləm var. Komanda qurmaq bir prosesdir və bunun üçün zamana ehtiyacım olacaq. İşimi sonadək görmək istəyirəm. Əgər bunu istəməsəydim 6 ay öncə müqavilə imzalamazdım. Hər zaman müqavilə imzalamazdan öncə klub rəhbərləri ilə uzun söhbətim olur. Bu, "Bavariya" və "Barselona"da da təkrarlanıb. Ona görə də düşünürəm ki, rəhbərlik də məni dəstəkləyir.