Cavid İmamverdiyev: "Avrokuboklara getmək istəyirik"

22:29 30 Yanvar 2016

“Matç çox gərgin keçdi. İlk hissə yaxşı oynaya bilmədik. İkinci hissədə əlimizə keçən imkandan yararlanaraq qol vurduq və qələbə qazandıq.”
Bu sözləri sportarena.az saytına açıqlamasında “Sumqayıt”a 1:0 hesabı ilə qalib gələn “Neftçi klubunun futbolçusu Cavid İmamverdiyev deyib.

“Neftçi”nin avrokuboklara getmək şanslarının olduğunu bildirən futbolçu:

“Neftçi” həmişə çempionluğa oynayan klub olub. Amma biz buna ümid bağlamaq istəmirik. Öz oyunumuzu oynayıb avrokuboklara getmək istəyirik. ”
Futbolçu komandasının təlim-məşq toplanışının Azərbaycanda keçirilməsinin də tərəfdarı olduğunu bildirib:
“Fərqi yoxdur hansı xarici ölkədə istəyirsənsə təlim-məşq toplanışı keçirə bilərsən. Əsas odur ki, meydana çıxıb yaxşı oynayasan və qələbə qazanasan.”


Digər xəbərlər

Xəbər xətti