"Neftçi" futbolçusu Kaue da Silva ilə yolları ayırıb.
Sportarena.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Kaue da Silva "Neftçi" rəhbərliyinə müraciət edərək ona başqa klubdan təklif gəldiyini bildirib. Klub rəhbərliyi öz növbəsində yarımmüdafiəçinin bu müraciətini müsbət cavablayıb. Nəticədə braziliyalı futbolçu ilə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.
Qeyd edək ki, bu gün Kaue da Silva klub rəhbərliyi və komanda üzvləri ilə görüşüb.