Azərbaycan Premyer Liqasının XIX turunda keçirilən “Neftçi” – “Sumqayıt” (1:0) matçından sonra “ağ-qara”ların hücumçusu Anyete sportarena.az saytının əməkdaşının suallarını cavablandırıb.
- Matç barədə fikirlərin.
- Çox çətin oyun oldu. Biz bunu bilirdik. Yaxşı nəticə qazana bildik.
- Bəzi klublar var ki(“Zirə”, “İnter”), üçüncü, dördüncü yerləri tutsalar belə avrokuboklara getməmək ehtimalları var. Bu sizə əlavə stimul verirmi?
- Bizim üçün fərqi yoxdur hər hansısa bir komanda avrokuboklara gedə biləcək ya yox. Biz mübarizə aparıb Avroliqaya vəsiqə qazanmaq istəyirik.
- Digər rəqiblərdən fərqli olaraq “Neftçi”nin oyunu “Sumqayıt” klubuna qarşı alınmır. Bunun səbəbini nədə görürsüz?
- Məncə xüsusi bir səbəb yoxdur amma bu futboldur. Elə olur ki, bir rəqiblə 3 dəfə oynuyursan 3-də də qələbə qazanırsan və yaxud da əksinə.
- Matçı əsəbi halda tərk etməyinə səbəb nə idi?
- Mən həmişə yaxşı oyun sərgiləyib qol vurmaq istəyirəm. Qol vurmayanda da əsəbiləşirəm. Amma komandaya görə xoşbəxt idim çünki biz qələbə qazandıq.
- Qol vura bilməməyinizin və ya məhsuldar oyun sərgiləməməyinizin səbəbi nədir?
- Əlbəttə mən qol vurmaq istəyirəm. Amma birinci növbədə futbol kollektiv bir oyundur. Mənim üçün fərqi yoxdur kim qol vuracaq, komanda qələbə qazanmalıdır.
- Birinci hissədə sarı vərəqə aldın simuliyasiyaya görə. Necə fikirləşirsən, orada penal var idi?
- Bu hakim tərəfindən verilmiş inanılmaz bir qərar idi.