"Çelsi" Aleşandro Patonu mövsüm sonuna qədər icarə əsasında heyətinə transfer edib.
Sportarena.az xəbər verir ki, futbolçu "Çelsi"də olmağından məmnun olduğunu bildirib:
“Mən "Çelsi"ylə müqavilə bağlamağıma çox şadam. Bu mənim üçün bir arzu idi. Yeni komanda yoldaşlarımla tanış olmağı və futbola başlamağı səbirsizliklə gözləyirəm. Göstərilən dəstəyə görə "Çelsi" klubuna minnətdaram. Mənə olan ümidləri dogrultmağa çalışacağam"