"Sevilya"nın yarımmüdafiəçisi Ever Baneqa "İnter"ə keçməyə yaxındır.
Sportarena.az xəbər verir ki, argentinalı futbolçu Milan klubu ilə şəxsi müqaviləni razılaşdırıb. Bu müqavilə yaydan qüvvəyə minəcək.
Qeyd edək ki, Baneqanın "İnter"də məvacibi 3 milyon avro olacaq. Bundan başqa sözləşmə imzaladığı üçün klub ona əvvəlcədən 2,5 milyon avro bonus da ödəyəcək.