“İlk oyun hər zaman çətin olur. Qalib gəlməyi çox istəyirdik. Təəssüf ki, alınmadı”.
Sportarena.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov AZAL-a uduzduqları oyundan (0:1) sonra keçirilən mətbuat konfransında deyib.
Rəqibi qələbə münasibəti ilə təbrik edən baş məçqçi komandasından razı qaldığını bildirib:
“Əvvəlcədən hamımız bilirdik ki, oyun ağır keçəcək. Ümumiyyətlə, oyunumuzdan razı qaldım. 7-8 qol epizodumuz oldu. Bu da pis nəticə deyil. AZAL-ı təbrik edirəm. Döyüşkən klubdur, nəticəyə oynayırlar. Çempionat getdikcə daha çətin olacaq”.
(qol.az)