Azərbaycan şahmatçıları Məşhəddə (İran) start götürən şahmat üzrə “Firdovsi Open” turnirində ilk qələbələrini qazanıblar.
Sportarena.az xəbər verir ki, idmançılarımızın rəqibləri İran nümayəndələri olub. Qədir Hüseynov Sosiyant Nejatpura, Vüqar Rəsulov Kuruş Ekramiyə, Azər Mirzəyev isə Reza Parsayeyə qalib gəlib.