Millimiz yarışları 3 medalla başa vurdu

11:17 1 Fevral 2016

Bolqarıstanın paytaxtı Sofiyada cüdo üzrə Avropa kuboku yarışlarına yekun vurulub. Mötəbər turnirin sonuncu günündə Azərbaycan millisi aktivinə daha bir medal yazdırıb.

Sportarena.az xəbər verir ki, 90 kiloqram çəki dərəcəsində çıxış edən Tural Səfquliyev rusiyalı Rüstəm Əmirmetov, hollandiyalı Miçel Verhagen və gürcüstanlı Tornike Jugeliyə qalib gələrək yarımfinala yüksəlib. Finalda Belarus təmsilçisi İlhar Zhukauya məğlub olan cüdoçumuz, üçüncü yer uğrunda Hollandiya cüdoçusu Daks Beysbruka qalib gələrək bürünc medal qazanıb.

Cüdo üzrə Azərbaycan milli komandası Avropa kuboku yarışlarında 1 qızıl və 2 bürünc medala sahib olub. Ölkəmizə qızıl medalı Oruc Vəlizadə (60 kq), bürünc medalları isə İlkin Babazadə (66 kq) və Tural Səfquliyev (90 kq) qazandırıblar.


Digər xəbərlər

Xəbər xətti