"Qış fasiləsində heyətimizdə bir sıra dəyişikliklər olub. Məlum səbəblərdən klubu tərk edənlər oldu. Əvəzində bir neçə yeni oyunçu cəlb etmişik. "Xəzər Lənkəran" da bizimlə oxşar durumdadır. Amma onların gənclərdən ibarət komandası istənilən rəqib üçün başağrısı ola bilər."
Sportarena.az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasının XIX turunda "Xəzər Lənkəran"a qarşı keçirilən oyundan sonra "Rəvan"ın baş məşqçisi Bəhmən Həsənov klubun saytına verdiyi açıqlamada deyib.
Stadionun ot örtüyünün əlverişsiz vəziyyətdə olduğunu bildirən baş məşqçi:
"Ot örtüyü əlverişsiz olsa da, hər iki komanda əlindən gələni etdi. Təəssüf ki, qol vurmaq üçün əldə etdiyimiz şansları dəyərləndirə bilmədik”.