AZAL-ın qolkiperi 545-ə çatdı

14:33 1 Fevral 2016

AZAL-ın quru oyunlar seriyası 6-ya çatıb.
Sportarena.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının XIX turunun “Qarabağ”la qarşılaşmasında (1:0) da qol buraxmayan paytaxt təmsilçisi sonuncu dəfə 2015-ci noyabrın 23-də qapısında qol görüb. “İnter”lə XIII turun matçında 0:2 hesabı ilə uduzan “təyyarəçilər”in qapıçısı Stanislav Namaşkonu Abbas Hüseynov 85-ci dəqiqədə məyus edib. Bundan sonra moldovalı qolkiper “Sumqayıt”, “Rəvan”, “Xəzər Lənkəran”, “Neftçi”, “Zirə” və “Qarabağ”la görüşlərdə qapısını toxunulmaz saxlayıb. Onun quru seriyası 545 dəqiqəyə çatıb. Bakı klubunun bu göstəricidə rekordu Rauf Mehdiyevə məxsusdur – 746 dəqiqə.
Qeyd edək ki, cari mövsümün rekordunu isə Dmitri Bezotosnı (“Qəbələ”) müəyyənləşdirib – 729 dəqiqə.

(pfl.az)


Digər xəbərlər

Xəbər xətti