"Milan" Naycel De Yonqla müqavilənin ləğv edilməsini bəyan edib.
Sportarena.az xəbər verir ki, 31 yaşlı holland futbolçunun "Milan"la müqaviləsi 2018-ci ilin yayına qədər idi. Lakin qarşılıqlı anlaşma ilə tərəflər sözləşməni pozub.
Qeyd edək ki, de Yonq karyerasını "Los Anceles Qalaksidə" davam etdirəcək. O , 2011-ci ildən etibarən "Milan"ın şərəfini qoruyur.