"Kəpəz" AZAL üçün Bakıda hazırlaşır

16:57 1 Fevral 2016

Bir günlük istirahətdən sonra “Kəpəz” məşqləri bərpa edib.

Sportarena.az xəbər verir ki, komanda Azərbaycan Premyer Liqasının XX turunda Gəncədə qarşılaşacağı AZAL-la oyunun hazırlığına bu gündən başlayıb.

Qarşıdakı dörd gündə Bakıdakı “Dalğa Arena”da məşq edəcək “sarı-göylər” oyundan bir gün öncə Gəncəyə yollanacaq. 

Fevralın 6-da matçın keçiriləcəyi şəhər stadionunda baş tutacaq sonuncu hazırlıq prosesi mətbuat və azarkeşlər üçün açıq olacaq. 

(kapazpfc.az)


Digər xəbərlər

Xəbər xətti