Manuel Pelleqrini iyun ayında "Mançester Siti"dən ayrılacaq.
Sportarena.az xəbər verir ki, 2013-cü ildən "Mançester Siti" klubunun baş məşqçi postunda fəaliyyət göstərən çilili mütəxəssis bu barədə açıqlama verib. Açıqlamadan dərhal sonra "Mançester Siti" rəhbərliyi Pep Qvardiola ilə 3 illik müqavilə imzalayıb.
Qeyd edək ki, M.Pelleqrininin "Mançester Siti" klubu ilə müqaviləsi iyun ayının 30-u bitəcək.