Bu gündən etibarən Fransanın paytaxtı Paris şəhərində UEFA-nın İdarəetmə və Audit Komitəsinin iclası keçiriləcək.
Sportarena.az xəbər verir ki, AFFA-nın baş katibi Elxan Məmmədovun da iştirak edəcəyi iclasda "Avro-2016"nın təşkilati məsələlərinin auditi ilə bağlı müzakirələr aparılacaq. İclas öz işini fevralın 3-də yekunlaşdıracaq.
Xatırladaq ki, İdarəetmə və Audit Komitəsinin digər üzvləri Avstriya və Finlandiya futbol federasiyalarını təmsil edir.
(affa.az)