"Xəzər Lənkəran"a keçidi baş tutmayan Pavel Kapsa karyerasına vətənində davam edəcək.
Sportarena.az xəbər verir ki, FİFA tərəfindən "Xəzər Lənkəran"a tətbiq edilən transfer qadağasına görə keçidi baş tutmayan qapıçı Polşanın "Leqnitsa" klubu ilə 1 il 6 aylıq müqavilə imzalayıb.
Qeyd edək ki, 33 yaşlı qapıçı 2013-2015-ci illərdə "Simurq" klubunun heyətində çıxış edib.