Argentina millisinin baş məşqçisi Xerardo Martino Messini 2016 Rio Olimpiadasında aparmayacağını bildirib.
Sportarena.az xəbər verir ki, "Barselona"nın sıx oyun qrafikini və qarşıdakı oyunları nəzərə alan baş məşqçi futbolçunu U-23 yığması ilə Braziliyaya aparmayacağını vurğulayıb:
"Bu il millimizin oyunları çoxdur. Qarşıdan bizi Amerika Kuboku, Olimpiada və 2018 DÇ-nın 4 seçmə mərhələ oyunu gözləyir. "Barcelona" da çox sıx qrafiqdə oynayır. Olimpia oyunlarında qalib gəlmək istəyirəm, amma heç nə qurban vermək istəmirəm. Futbolçularımı meydana atıb onları öldürməyə hazırlaşmıram".