"Mançester Siti" komandası Çempionlar Liqasının "play-off" oyunları üçün iştirak ərizəsində dəyişiklik edib.
Sportarena.az xəbər verir ki, komanda fransız yarımmüdafiəçi Samir Nəsrini siyahıya salmayıb. Zədəli futbolçunun əvəzinə forvard Keleçi İxeanaço qeydiyyata alınıb.
Qeyd edək ki, bir müddət əvvəl verilən məlumata görə Nəsri martın əvvəlinə qədər sıraya dönməli idi.