FİFA "Xəzər Lənkəran"a verdiyi vaxtı uzatdı.
Bu barədə sportarena.az-a klubdan məlumat verilib. Məlumata görə maliyyə problemi yaşayan klub FİFA-dan vaxtı uzadılmasını xahiş edib. Klubun xahişini nəzərə alan FİFA, borcların ödənilməsi üçün vaxtı fevral ayının axırına qədər uzadıb.
Qeyd edək ki, klubun bir neçə legionerə borcu var. Legionerlər məsələylə bağlı FİFA-ya şikayət etmişdi. FİFA isə borcun ödənməsi üçün "Xəzər Lənkəran"a yanvarın 22-nə qədər vaxt vermişdi.