"Lokomotiv”in Çempionlar Liqasının pley-off mərhələsində ki, ilk oyunun vaxtı və hakimləri dəqiqləşib.
Sportarena.az xəbər verir ki, “dəmiryolçular” İsveçrənin “Volero” klubu ilə 1/6 finalın ilk matçına fevralın 10-da çıxacaqlar.
“Azərreyl” İdman Bazasından baş tutacaq qarşılaşma saat 18:00-da başlayacaq.
Qeyd edək ki, matçı idarə etmək yunanıstanlı Vaudoiris Konstantinosa həvalə edilib. Ona köməklik etmək isə Barnstrof Ralfa (Almaniya) tapşırılıb. Oyunun komissarı isə Çexiya Voleybol Federasiyasından Jiri Qottvalddı.