"Fənərbağça"nın futbolçusu həyat yoldaşının təkidlərinə baxmayaraq klubdan ayrılmayıb.
Sportarena.az xəbər verir ki, portuqaliyalı ulduzun arvadı Daniela Martinşin İstanbulda yaşamaq xoşuna gəlmir. Bu səbəbdən də o , Nanidən Çin klubunun təklifini qəbul etməyi istəyib. Deyilənə görə hansısa Çin komandası ona 10 milyon avro məvacib təklif edib.Lakin futbolçu "Fənərbağça"nı titul qazanmadan tərk etməyəcəyini bildirirək arvadının istəyinə qarşı çıxıb. Bundan sonra həyat yoldaşı 2 uşağı da götürərək Lissabona qayıdıb.