"Barselona"nın baş məşqçisi Luis Enrike Qvardiolanı "Mançester Siti" klubu ilə müqavilə imzaladığı üçün təbrik edib.
Sportarena.az xəbər verir ki, Qvardiolanın gəlişi ilə "Mançester Siti"nin gözəl günlərinin gəldiyini vurğulayan L.Enrike:
"Qvardiolanı "Mançester Siti"də görəcəyimiz üçün çox seviniriəm. Yeni klubunda çox önəmli işlər görəcəyinə inanıram. Qvardiolanın sahib olduğu oyun fəlsəfəsini hamımız çox gözəl bilirik. İngiltərə elə bir oyun tərzinə öyrəşməyib. Mən əminəm ki Qvardiola orada çox uğurlar qazanacaq".