“Qəbələ” Azərbaycan Premyer Liqasının XX turunun “İnter”lə oyununun hazırlıqlarına başlayıb.
Sportarena.az xəbər verir ki, XIX turun yanvarın 30-da keçirilən “Kəpəz”lə səfər qarşılaşmasından (0:3) sonra iki günlük istirahətə buraxılan “qırmızı-qaralar” bu gün Qəbələ şəhər stadionunda hazırlıq keçib. Məşq prosesi iki hissədən ibarət olub. Roman Qriqorçukun yetirmələri əvvəl fiziki hazırlıq keçib, ardınca toplu çalışmalarla məşq edib. Zədədən sonra hazırlıqlara qatılan Ruslan Abışov fərdi məşqlə kifayətlənib. “Qəbələ” növbəti məşqini sabah keçirəcək. Hazırlıq prosesi günün birinci yarısında baş tutacaq.
Xatırladaq ki, “İnter” – “Qəbələ” oyunu fevralın 7-də keçiriləcək. “İnter Arena”da baş tutacaq qarşılaşma saat 17:30-da start götürəcək.
gabalafc.az