Bir neçə gün öncə icarə əsasında "Bordo" klubuna transfer olunan Debyuşi haqda maraqlı məlumat ortaya çıxıb.
Sportarena.az xəbər verir ki, "Bordo" ilə müqavilə imzalanmadıqdan əvvəl Debyuşi üçün "Arsenal"a "Mançester Yunayted" klubundan təklif gəlib. Lakin "topçular"ın baş məşqçisi Arsen Venger "qırmızı şeytanlar"ın bu təklifini qəbul etməyib.
Qeyd edək ki, Debyuşi mövsüm sonuna qədər Fransanın "Bordo" klubunda icarə əsasında çıxış edəcək.