Millimizin məşqçiləri izləməyə gəldi, futbolçunun ayağı qırıldı

10:35 3 Fevral 2016

U-17 liqasında dünən keçirilən "Bakı" - "Qarabağ" oyununda xoşagəlməz hadisə yaşanıb.
 
Sportarena.az xəbər verir ki, meydan sahiblərinin qapıçısı, Hüseynəli Quliyev rəqib hücumçu ilə toqquşmada ağır zədə alıb. Dərhal xəstəxanaya çatdırılan futbolçunun ayağında qamış və incik sümüklərinin sındığı məlum olub və dərhal əməliyyat edilib. Həkimlərin rəyinə görə onun 3-4 aydan sonra məşqlərə başlaya biləcək.
 
"Bakı"nın U-17 komandası ilə yanaşı U-19 komandasının da qapıçısı olan Hüseynəli U-17 yığmasına namizəd idi. Həmin oyunda yığmanın məşqçiləri futbolçunun oyununun izləmək üçün stadionda idilər. ("Het-trik news")


Digər xəbərlər

Xəbər xətti