"Mançester Siti" komandasının futbolçusu Yaya Tureyə birdən-birə 3 Çin klubundan təklif gəlib.
Sportarena.az xəbər verir ki, "Syansu Sunin" klubu 32 yaşlı yarımmüdafiəçiyə vergiləri çıxdıqdan sonra 30 milyon funt ödəməyə hazırdır. Keçid baş verəcəyi təqdirdə Turenin həftəlik qazancı indikindən 2 dəfə artıq 577 min funt sterlinq olacaq.
Qeyd edək ki, Çində transfer pəncərəsi fevralın 26-na qədər açıqdır.